“Mən hələ də Hüseyn Abdullayevin vəkiliyəm. Mənimlə onun valideynləri müqavilə bağlayıb. Mənlə müqavilə bağlayan şəxslərdən biri bu müqaviləni pozana qədər də mən qanuni şəkildə Hüseyn Abdullayevin vəkili kimi fəaliyyət göstərəcəm”.
Bu sözləri AzNews.az-a açıqlamasında sabiq deputat H.Abdullayevin vəkili Kamandar Nəsibov deyib. O, H.Abdullayevin onun vəkilliyindən imtina etməsi ilə bağlı verdiyi açıqlamaya münasibət bildirib.
Qeyd edək ki, bu gün K.Nəsibov H.Abdullayevin ötən həftə yaydığı bəyanatın ona aid olmadığını və onun adından yayıldığını bildirmiş, H.Abdullayev isə bəyanatının arxasında durduğunu və vəkilinin hakimiyyətə satıldığını, bu səbəbdən ondan imtina etdiyini bəyan etmişdi: “Bundan sonra Kamandar Nəsibov adlı vəkilim yoxdur”.
K.Nəsibov isə deyir ki, o, bu gün sabiq deputatın anası ilə danışıb və anası ona bildirib ki, H.Abdullayevlə danışıb və onun belə bir bəyanatdan xəbəri yoxdur: “Mən də Hüseyn Abdullayevin anasına istinad edib, mətbuata məlum açıqlamanı vermişəm. İndi kim Hüseyn Abdullayevə nə deyibsə, bunu bilmirəm”. Vəkil onu da qeyd edib ki, hazırda H.Abdullayevə qarşı açılmış cinayət işində vəkil kimi onun hüquqlarının müdafiəsi ilə məşğuldur.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?