ATƏT-in insan ticarəti ilə mübarizə üzrə xüsusi nümayəndəsi Mariya Cammarinaro insan orqanlarının ticarətinə həsr olunmuş tədqiqatı dərc edib. Tədqiqatda ATƏT məkanında qara transplantasiyaya dair faktlara, cinayət işlərinə yer verilib.
Tədqiqata Moldova, Türkiyə, Bolqarıstan, İsrail, Ukrayna və Kosovoda “Qara transplantasiya” hallarına dair faktlar daxil edilib. Bu sənəddə Azərbaycan Beynəlxalq Universitetinin tibb mərkəzində 2009-cu ildə aparılmış “qara transplantasiya” halları da yer alıb. Sənəddə bildirilir ki, Bakıda keçirilən “qara transplantasiya” əməliyyatında Fransa, İsrail, ABŞ və Ukrayna vətəndaşları iştirak ediblər. Tibb mərkəzində qanunsuz əməliyyatlar 2009-cu ildə ukraynalı cərrahlar tərəfindən keçirilib. 13 Ukrayna vətəndaşı donorluq edib, insan orqanları üç xarici dövlətin vətəndaşlarına satılıb.
Tədqiqata əsasən, bu faktla bağlı ABU-nun tibb mərkəzinin əməkdaşlarına səlahiyyətlərindən sui-istifadə etmə (Azərbaycan CM, 308.2 maddə), cinayətkar qrup formalaşdırma və ticarət insan orqanları və hüceyrələrinin ticarəti və ya transplantasiya məqsədilə onların çıxarılması maddələri ilə cinayət işi başlanıb. Səhiyyə Nazirliyi ABU-nun tibb mərkəzinə tibbi xidmətlər göstərilməsi üçün verdiyi lisenziyanı ləğv edib.
ATƏT-in tədqiqatında bildirilir ki, Azərbaycan və Ukraynanın hüquq-mühafizə orqanları “qara transplantasiya”nın qarşısını almaq üçün qarşılıqlı əməkdaşlıq ediblər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?