III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanı başa çatdı. Bir neçə saat əvvəl başa çatan imtahanlar respublikanın 11 rayonunda yerləşən 57 binada keçirilib. Bu qrup üzrə ərizə təqdim edən 29 minə yaxın abituriyentin 15 mindən çoxu orta ümumtəhsil məktəblərinin bu ilki məzunlarıdır. Abituriyentlərin 129-u xarici ölkə vətəndaşıdır. Tələbə adı uğrunda sınağa çəkilən abituriyentlər sualların çətinlik səviyyəsi haqda narazılıqlarını bildirmədilər.
Elə valideynlər də övladlarının yaxşı nəticə göstərəcəyinə ümid edirlər.
Tələbə qəbulu üzrə dövlət komissiyasının məlumatına görə, bu ixtisas qrupu üzrə imtahan verən ən yaşlı abituriyentin 57, ən gəncinin isə 15 yaşı var.
Sorğu
Yeni dizaynımız necədir?