Göygöl Rayonu Çaykənt kəndindən daxil olan məlumatda iddia olunur ki, bu ilin may ayının 6-da Çaykənd kənd sakini Nuranə Yüsifova özünü asaraq intihar edib. Məlumatla bağlı rayondakı mənbələrimizdən daxil olan məlumat dəqiqləşdirmək üçün, 2 ilin gəlini olmuş 16 yaşlı Nuranənin bibisi Mirvari Yusifovanı mobil telefonunu əldə edərək onunla əlaqə saxladıq. Bizimlə söhbətində M.Yusifova bildirdi ki, Niranə ağlı başında və hansısa pisxoloji xəstəliyi olmayam biri olub. Onun özünü asmasında bir qəriblik var və o intihar edə bilməzdi. Rdaksiyamıza daxil olan məlumatda qeyd olunurdu ki, Nuranə Elçin qızı Yusifova qaynatası Cəmşid tərəfindən evdə çıxıan söz- söhbət əsnasında döyülüb və döyüldükdən sonra, həyat yoldaşı Eşqin arvadının halsız halda görərək onun öldüyünü hesab edib və asaraq hadisəyə intihar donu geynidirməyə çalışıb. Məlumata görə, hadisə ilə bağlı Göygöl Rayon Prakrorluğunda cinaət işi açılsa da hələlik hadisə ilə bağlı kimsə həbs edilməyib. Nuranənin bibisi M. Yusifova da irəli sürülən iddialarla bağlı dedi ki, onlara da son günlər bu yöndə məlumatlar daxil olur və düşünürlər ki, Nuranə ancaq susdurulması üçün bu şəkildə öldürülə bilərdi. “Bu qızın 40 çıxıb, hələ bir nəfər saxlanmayıb.Burda bir sir olmalııd və bunun başqa bir adı yoxdu”.
Baş verən hadisə ilə bağlı, hadisədə ittiham edilən Nuranənin həyat yoldaşı Eşqinin və atası Cəmşidin də mövqeyin dərc etməyə hazırıq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?