Uşağı sahədən hər şeydən xəbərsiz doğma babası çıxarıb
Rusiyanın Samara qəsəbəsində yaşayan azərbaycanlı kişi dünən tarlada yorğana bükülmüş körpə tapıb və bu gün uşağı kişinin hamiləliyini gizlədən qızının doğduğu ortaya çıxıb. 1959-cu il təvəllüdlü azərbaycanlı kişi körpəni Rusiya polisinə təhvil verib. Bir neçə saat ərzində polislər uşağın anasının kimliyini müəyyən ediblər. 1988-ci il təvəllüdlü qadın əvvəlcə uşağın anası olduğu faktını təkzib edib.
Şübhəlinin atası, yəni körpəni torpağın altından tapan kişi qızının hamilə olduğundan xəbərsiz olduğunu deyir. Aparılan araşdırmalar 25 yaşlı qadının körpəni 1 gün əvvəl dünyaya gətirdiyini sübut edib. Körpə hazırda Smışlyayevka qəsəbəsində reabilitasiya mərkəzindədir. Verilən məlumata görə, uşağın vəziyyəti qənaətbəxşdir.
Polislərin araşdırmalarına görə, ailə bir neçə il əvvəl Azərbaycandan Samara vilyətinə qazanc dalınca gəlib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?