Ağalarovlar dünyanın ən məşhur gözəllərini Moskvaya gətirirlər Rusiyada keçiriləcək «Miss Universe» gözəllik müsabiqəsinin təşkilatı işləri yekunlaşır Dünyaca məşhur «Miss Universe» gözəllik müsabiqəsinin Təşkilat Komitəsinin üzvləri iyulun 22-də Moskvaya səfər edəcəklər. Səfərdə məqsəd Araz Ağalarova məxsus “Crocus City Hall”la bərabər müsabiqənin keçirilməsinə hazırlıq aparmaqdır. Noyabrın 9-da keçiriləcək müsabiqədə 90 ölkənin nümayəndəsi iştirak edəcək. AzNews.az bildirir ki, bu barədə məlumatı “AzərRos”un rəsmi saytı “Crocus City Hall”un mətbuat xidmətinə istinadən yayıb.
Qeyd edək ki, bir ay əvvəl müsabiqənin təşkilatçısı olan amerikalı milyarder Donald Tramp Araz və Emin Ağalarovla bərabər növbəti müsabiqənin Moskvada keçirilməsi ilə bağlı qərar qəbul edildiyini açıqlamışdı. Belliklə də dünyada ən məşhur müsabiqələrədən biri öz 60 illiyini Rusiya paytaxtında və azərbaycanlılarla birlikdə təşkil edəcək.
İyulun 22-də gələcək nümayəndə heyəti 20 nəfərdən ibarət olacaq. Nümayəndə heyətinə layihənin prezidenti Paula Shugart rəhbərlik edəcək. Amerikadan gələcək heyət müsabiqənin keçiriləcəyi ərazidə şərait, “Crocus City Hall”dakı restoran, ticarət mərkəzi ilə tanış olacaq. Müsabiqəyə biletlər bu ilin avqustunda satışa çıxarılacaq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?