Bakıda 25 yaşlı qadın özünü yaşadığı evin zirzəmisində asaraq intihar edib.
Suraxanı rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, iyulun 21-də saat 16:00 radələrində Zığ qəsəbəsi sakini 1988-ci il təvəllüdlü Rzayeva Sahilənin meyiti aşkar edilib.
Onun özünü Suraxanı rayonu Zığ qəsəbəsi İdris Süleymanov küçəsi 58 ünvanında yaşadığı evin zirzəmisində asaraq intihar etdiyi müəyyən olunub.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?