Demokratik Qüvvələrin Milli Şurasının Azərbaycanın Milli Mətbuat Günü ilə bağlı müraciət yayıb. İyulun 22-də jurnalistlərlə bərabər həm də ölkə ictimaiyyəti 1975-ci ildə dahi mütəfəkkir və maarifçi Həsən bəy Zərdabinin ilk milli qəzet olan “Əkinçi”ni dərc edərək Azərbaycan xalqına bəxş etdiyi Milli Mətbuat Gününü qeyd edir.
Bu tarixi addım təkcə mətbuatın ictimai institut kimi inkişafının carçısı olmadı, həm də fikir azadlığının, polemika mədəniyyətinin və vahid milli təfəkkürün formalaşmasına yol açıb.
Ölkənin inkişafının müxtəlif dövrlərində Azərbaycan mətbuatını müşaiyət edən bütün çətinliklərə baxmayaraq, ən yaxşı jurnalistlər pleyadası “Əkinçi” qəzetinin əsasını qoyduğu əhval-ruhiyyəni nəsildən-nəslə keçirərək, bu günə qədər çatdırmağa müvəffəq olub.
Bu gün Azərbaycan jurnalistikası çətin zamanlarını yaşayır, iqtisadi və siyasi xarakterli təzyiqlərə məruz qalır, hakimiyyət tərəfindən yaradılan qorxu mühitində yaşayır.
Amma buna baxmayaraq, mətbuat həmişə cəmiyyətin bütün təbəqələrini əlaqələndirən və vətəndaşların azadlıq və yaradıcılıq cəhdlərinin həyata keçirildiyi vahid informasiya təbəqəsi əmələ gətirən kommunikativ institut olaraq qalıb.
Azərbaycan Milli Şurası əmindir ki, yalnız demokratik dəyişikliklər sözü totalitarizmin əlindən azad edə və mətbuatın və bütünlükdə ölkənin çiçəklənməsinə yol aça bilər.
Demokratik qüvvələr KİV-in azad, dinamik və sağlam inkişafına görə öz məsuliyyətini dərk edərək, onun inkişafı və Azərbaycan mətbuatının banisi olan maarifçilərin ideyalarının qələbəsi üçün əlindən gələni etməyə hazırdır. Əminik ki, Azərbaycanda qarşıda duran prezident seçkiləri mətbuatın azadlığı və çiçəklənməsi uğrunda mübarizənin bir mərhələsi olacaq.
Sorğu
Yeni dizaynımız necədir?