GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Ofisi dağıdılan hüquq müdafiəçisi çadır qurub fəaliyyət göstərəcəyi anonsunu verir

Ofisi dağıdılan hüquq müdafiəçisi çadır qurub fəaliyyət göstərəcəyi anonsunu verir

Tarix: 23-07-2013, 17:14 Bölmə :Ölkə Baxış: 644
Ofisi dağıdılan hüquq müdafiəçisi çadır qurub fəaliyyət göstərəcəyi anonsunu verir
Mehriban Zeynalova: “Prezidentə və əməkdaşlıq etdiyimiz beynəlxalq qurumlara müraciət etməyə hazırlaşırıq”
Məlum olduğu kimi “Təmiz Dünya ” Qadınlara İctimai Yardım Birliyinin İçərişəhər İlyas Əfəndiyev küçəsi 18-də yerləşən ofisi sökülüb. Buna səbəb ofisin arxasında tikinti şirkətinin inşaat işi həyata keçirməsi, başqa sözlə prezidentin İçərişəhər də tikinti aparmamaqla bağlı sərəncamına zidd addımlar atması olub. Belə ki, “Təmiz Dünya” nın yerləşdiyi ofisin arxa hissəsi gecə saatlarında qazılıb və orada otel inşa edilməsi üçün bərkitmə işləri həyata keçirilib. Səhər saatlarında isə ofisin divarlarında çatlar əmələ gəlib. Ofis qəzalı vəziyyətdə olduğundan evakuasiya prosesinə başlanılıb. Bu prosesi inşaat işini həyata keçirən şirkətin fəhlələri həyata keçirib. Hadisədən bir gün sonra isə şirkətin nümayəndələri “yoxa” çıxıb, əvəzində İçərişəhər qoruğunun nümayəndələri ortaya çıxaraq problemlə “məşğul” olmağa başlayıb. “Təmiz Dünya” nın ofisi dağıdıldığı üçün ona müvəqqəti bir otaqlı ofis verilib və ofisin kirayəsini şirkət öz boynuna götürüb. Ancaq hadisənin üzərindən 5 gün keçməsinə baxmayaraq vəziyyət dəyişməyib. Başqa sözlə, bir neçə ailənin evini dağıtmağa səbəb olan şirkət sanki belə bir iş tutmayıb. Əvəzində isə özü gizlənərək sakinlərlər İçərişəhər Dövlət Qoruğunu üz-üzə qoyub.
Son hadisələrlə bağlı məlumat verən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri, hüquq müdafiəçisi Mehriban Zeynalova bildirib ki, vəziyyət olduğu kimi qalır və heç bir irəliləyiş yoxdur. O, əlavə edib ki, bu cür vəziyyət uzun müddət davam edə bilməz: “Bizə müvəqqəti olaraq və bir ay müddətində bir otaqlı ofis veriblər. Orada işləmək mümkün deyil. Üstəlik təşkilatın zorakılığa məruz qalan qadın sığınacağı yerlə-yeksan olunub, köməksiz vəziyyətdə qalan onlarla qadın pis duruma düşüb. Bizim Azərbaycan hökuməti ilə yanaşı bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla layihələrimiz var, ancaq bu layihələrin həyata keçirə bilmirik, çünki ortada ciddi problem var. Faktiki olaraq ofisimiz yoxdur, işləmək imkanları sıfıra bərabərdir. Artıq ATƏT baş verən hadisə ilə maraqlanıb və ofisimizə baxış keçirib”.
Hüquq müdafiəçisi əlavə edib ki, hadisəyə səbəb olan qarşı tərəf problemi aradan qaldırmaq üçün təcili tədbirlər görmədiyi üçün onlar müəyyən addımlar atmaq zorunda qalıblar: “Biz ilkin olaraq mətbuat konfransı keçirməyi və bu məsələni ictimailəşdirməyi düşünürük. Eyni zamanda imza toplama kampaniyasına start verəcəyik. Bundan savayı, Azərbaycan prezidenti İlham Əliyevə, eləcədə əməkdaşlıq etdiyimiz yerli və beynəlxalq təşkilatlara müraciətlərimiz olacaq. Əgər bu cür davam eləsə, biz öz ofisimizin yanında çadır qurub fəaliyyətimizi davam etdirməyə cəhdlər edəcəyik. Lazım gəlsə məhkəməyə üz tutacağıq və bütün proseduraları keçəcəyik. Nəzərə almaq lazımdır ki, bu bizim mülkiyyətimizdir və heç kim onu uçurub sonra isə asanlıqla ona sahib çıxa bilməz. Azərbaycan demokratik hüququ ölkədirsə, bizim mülkiyyət hüququmuz qorunmalıdır”.
Mehriban Zeynalova əlavə edib ki, onların fəaliyyəti zamanı heç biri evi, mənzili və ya mülkiyyəti dağıdılmayıb: “Ancaq hansısa şirkət gəlib ofisimizin arxasında bizə xəbər vermədən qazıntı işləri həyata keçirib və bu səbəbdən də ofisimiz dağılıb. Artıq biz neçə gündür ki, əsəb, stress keçiririk, toz, dumanın içində qalmışıq, işimiz iflic edilib. Bəs bunun kompensasiyasını kim ödəməlidir?. Biz il ərzində minə yaxın vətəndaşa hüquqi yardım göstəririk, zorakılığa məruz qalan qadınların hüquqlarını qoruyuruq. Hər kəs də bilməlidir ki, biz öz hüququmuzu da qorumağı bacarırıq və bunun yollarını da bilirik”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda daha bir  hüquq müdafiəçisinin ofisi bərbad hala salınıb

    Azərbaycanda daha bir hüquq müdafiəçisinin ofisi ...

    22-07-2013, 11:16

  • 
  • "İçərişəhər" tərəfdə yollar bağlanır, avtobusların marşrutu dəyişir

    "İçərişəhər" tərəfdə yollar bağlanır, ...

    1-04-2016, 15:42

  • 
  • Sürücü İçərişəhər şlaqbaumunu dağıtdı

    Sürücü İçərişəhər şlaqbaumunu dağıtdı ...

    20-07-2014, 19:14

  • 
  • “Təmiz Dünya”nın Sumqayıtda yeni Mərkəzi fəaliyyətə başladı

    “Təmiz Dünya”nın Sumqayıtda yeni Mərkəzi ...

    18-07-2013, 15:01

  • 
  • Yasamalda daha bir qalmaqal: etiraz edən sakinlərə polis “əzələ” göstərir

    Yasamalda daha bir qalmaqal: etiraz edən ...

    18-02-2014, 15:53


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu