Əmək və Əhalinin Soisal Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə “Təmiz Dünya” Qadınlara Yadıım ictimai Birliyinin Sumqayıt şəhərində Məişət Zorakılığı Qurbanları olan “Uşaq və Qadınlar üçün Yardım Mərkəz”i fəaliyyətinə başlayıb. Mərkəzin fəaliyyətində əsas məqsəd: 1. Sumqayıt şəhərində zorakılığa məruz qalmış uşaq və qadınlar üçün səyyar (evdə) reabilitasiya xidmətin yaradılması. 2. 2013-cü il ərzində 150 nəfərə (evdə) və Yardım mərkəzində reabilitasiya xidmətlərinin göstərilməsi. Təklif edilən xidmət Sumqayıt şəhər eləcə də, onun ətrafında olan qəsəbə və kənd yerlərində və lazımi xidmətlərdən uzaqda yaşayan zorakılığa məruz qalmış 3-18 yaşlı uşaqlar və onların valideynləri (qadınlar) üçün təmin ediləcək. Xidmətlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2013-cü il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Evdə (səyyar) sosial xidmətin göstərilməsi qaydasına” uyğun olaraq təşkil ediləcək. Hazırda, Mərkəzin işçiləri Sumaqyıt şəhər İcra Hakimiyyəti, yerli polis İdarəsi və digər dövlət qurumları ilə sıx əməkdaşlıq çərçivəsində layihənin icrasına başlamışdır. Mərkəzin işçiləri tərərfində zorakılğa məruz qalmış 13 uşaq müəyyən edilib və ailələrlə iş aparılır
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?