“Bizim həkimlər uşağın müalicəsini öz üzərilərinə götürmürlər”.
Nabran Holiday Village akvaparkında ayaqlarını itirmiş 2 yaşlı İmran Cəfərzadənin vəziyyəti sabitdir, lakin o, daimi ağrılar hiss edir.
“Uşağın əzablarını azaltmaq üçün həkimlər ona güclü ağrıkəsicilər, piramidol və morfi vururlar, lakin bütün bunlara baxmayaraq, İmran yenə də güclü ağrılar hiss edir” – deyə, İmranın bibisi, Əzizə Baxşıyeva deyib.
Uşağın sol ayağının remplantasiyası üzrə əməliyyat təxminən 7 saat davam edir, sağ ayağı isə dizdən aşağı kəsilib.
“Biz, sol ayağı xilas edə biləcəyimizə ümidlərimizi itirmirik. Sümüklərin 40%-i zədələnib. Şans var ki, ayaq bitişəcək, lakin bunun üçün cərrahi müdaxilə tələb olunur. Bizim həkimlər bunu öz üzərilərinə götürmürlər. Əməliyyatı Almaniyada, Malburqda keçirmək qərarına gəliblər” – deyə, A.Baxşıyeva danışır.
Oxu.Az 1news-a istinadən xəbər verir ki, əməliyyatı Almaniyada keçirmək üçün 50 min avro lazımdır. Cəmiyyətin yardımı sayəsində Cəfərovlar ailəsi artıq 11 min manata yaxın pul toplayıblar.
“Dünən Nabran Holiday Village-nin nümayəndələri bizimlə əlaqə saxladılar. Məlum oldu ki, onlar yalnız istirahət mərkəzinin icarədarlarıdır və bildirirlər ki, kifayət qədər maddi vəsaitləri yoxdur. Onla dedilər ki, İmrana kömək etmək üçün şəxsi mənzillərini satacaqlar” – deyə, A.Baxşıyeva bildirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?