Nabran Holiday Village-nin bağlanması ilə bağlı mətbuatda xəbərlər yayılsa da faktiki olaraq istirahət mərkəzi fəaliyyət göstərir və turistləri qəbul edir
Bir neçə gün əvvəl Nabranda “Nabran Holiday Village” istirahət mərkəzinin hovuzunda faciə ilə üzləşən 2 yaşlı İmran Cəfərzadənin başına gələnlər bütün ölkədə rezonansa səbəb olub. Hadisədən 3 gün keçməsinə baxmayaraq hələ də istirahət mərkənin rəhbərliyi açıqlama verməkdən imtina edir. Qeyd edək ki, çəkiliş zamanı istirahət mərkəzinə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri də gəldi. Nazırlik rəsmiləri açıqlama verməsələr də Xaçmaz Regional Turizm İnformasiya Mərkəzinin ( RTİM) rəhbəri Vasif Əhmədov ən qısa vaxt ərzində Nabran Holiday Village barəsində sərt tədbir görüləcəyini bildirdi. Onu da qeyd edək ki, Nabran Holiday Village-nin bağlanması ilə bağlı mətbuatda xəbərlər yayılsa da faktiki olaraq istirahət mərkəzi fəaliyyət göstərir və turistləri qəbul edir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?