Nabranda ayağını itirən 2 yaşlı İmran Cəfərzadəyə dəstək olmaq üçün hakerlər Mərkəzi Klinik Xəstəxananın internet ünvanını dağıdıblar. Hakerlər merkeziklinika.az saytını dağıdaraq aşağıdakı sözləri yazıblar:
“Buradan Mərkəzi Klinikanın böyüklərinə səslənirik. Sizdə insaf varmı? Bu balaca canını sizə əmanət edib. Ondan hər günə 800 AZN alırsınızsa, hansı insanlıqdan danışırsınız? Bir xəstədən pul almamaqla siz kasıblamayacaqsınız".
Qeyd edək ki, "Nabran Holiday Village"də baş verən dəhşətli hadisə zamanı hovuzun nasosu 2 yaşlı İmran Cəfərzadənin ayaqlarını sovurmuşdu.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?