Azərbaycanda korrupsiya cinayətlərinə görə 7 vəzifəli şəxs axtarışdadır.Bu barədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin rəisi Kamran Əliyev bildirib. K.Əliyev həmin şəxslərin adlarını sadalamaqdan imtina etsə də, onların artıq vəzifə başında olmadığını bildirib.
Idarə rəisinin adlarını açıqlamaq istəmədiyi keçmiş vəzifəli şəxslərlə bağlı məlumata heç yerdə rast gəlmək mümkün deyil. Bu şəxslərin ölkə daxilində, yaxud ölkədən kənarda gizləndiyi də açıqlanmır. Bu şəxsləri yaxalamaq niyə bu qədər çətindir və həmin şəxslərin adları niyə açıqlanmır?
Məsələ ilə bağlı Daxili Işlər Nazirliyində məlumat almaq istəsək də, qurumun mətbuat xidməti bu məsələnin onlara aid olmadığını deyərək Baş Prokurorluğa müraciət etməli olduğumuzu bildirdi.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə məlumatla bağlı “Azadlıq”ın sorğusuna belə cavab verib:
“Ibtidai araşdırmanın maraqlarına zidd olduğundan həmin şəxslərin adlarının istintaqın hazırkı mərhələsində açıqlanması yolverilməzdir”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?