GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Azərbaycan peyki orbitdə partlaya bilər

Azərbaycan peyki orbitdə partlaya bilər

Tarix: 14-12-2012, 12:22 Bölmə :Ölkə Baxış: 819
Azərbaycan peyki orbitdə partlaya bilər
“Azərkosmos” isə risk faktorunun nəzərə alındığını deyir

gundemxeber.az Gələn il orbitə buraxılması gözlənilən Azərbaycanın ilk kosmik telekommunikasiya peyki “Azerspace -1”nin təhlükə ilə üzləşmək ehtimalı var. N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Günəş fizikası şöbəsinin müdiri Namiq Cəlilov AzNews.az-a bildirib ki, 2013-cü il Günəşdə aktivliyin maksimum həddə çatması peykə mənfi təsir göstərə bilər: “Yüksək enerjili plazma kütlələri peyklə toqquşaraq, onun elektron sistemini sıradan çıxara bilər: “Təcrübədə belə hadisələr çox olub. Rusiya 1989-cu ildə iki peyk buraxdı və onların nəzəri cəhətdən hazırlanmasında mən də iştirak etmişdim. Günəş aktivliyi həmin peyklərdən birini məhv edərək onu sıradan çıxardı”.
Günəşdə 2013-cü il boyunca davam edəcək maksimum aktivliyin 2014-cü ildən etibarən zəifləyəcəyini deyən mütəxəssis peykin orbitə buraxılmasında bu dövrün nəzərə alınmasının vacibliyini vurğulayıb. “Azərkosmos” isə AMEA təmsilçisinin fikirləri ilə bağlı şərh vermək istəmir: “Burada elmi mülahizədən söhbət gedir və biz elmi-tədqiqat işləri ilə məşğul olan bir qurum deyil, kommersiya fəaliyyəti göstərən peyk operatoru olduğumuzdan bizim bu mövzuya elmi cəhətdən münasibət bildirməyimiz düzgün olmazdı.
“Azərspace-1” peykinin sığortalanması üçün “Marsh” sığorta brokerinin iştirakı ilə 1999-cu ildən bu günədək kosmik sığorta bazarında qeydə alınan ən aşağı və əlverişli sığorta tarifinin əldə edilməsinə nail olunub. Bunun əsas səbəbi Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılması ilə əlaqədar aparılan uzunmüddətli araşdırma və danışıqlar nəticəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən uğurlu peyk və buraxılış vasitəsinin seçilməsidir. Eyni zamanda peykin və raket daşıyıcısının istehsalı üçün ABŞ-ın “Orbital Sciences” və Fransanın “Arianespace” kimi etibarlı şirkətlərlə əməkdaşlıq edilməsidir”.
“Azərkosmos” ASC-nin insan ehtiyatları, texniki sahə üzrə mütəxəssislərin mütəmadi olaraq xarici ixtisasartırma kurs və təlimlərində iştirakının təmin edilməsi, o cümlədən xarici ölkələrin təcrübəsindən məqsədyönlü və səmərəli şəkildə istifadə kimi bir sıra digər amillər də əlverişli sığorta tarifinin əldə edilməsinə müsbət təsir göstərib: “Təbii olaraq sığorta tarifinin müəyyən olunmasında əsas amil kimi sığortaçı şirkətlər tərəfindən risk faktoru nəzərə alınmışdır. Xəbərdə qeyd olunduğu səbəbdən peykin məhv olma ehtimalı peykin orbitə buraxılması və sığortalanması üçün real risk faktoru olaraq dəyərləndirilsəydi, aydın məsələdir ki, nə istehsalçı, nə də sığortaçı şirkətlər belə böyük bir riski öz üzərinə götürmək marağından çıxış edərdilər”.
Qeyd edək ki, “Azərspace-1” telekommunikasiya peykinin orbitə çıxarılması və peykin orbitdə bir illik istismar dövrünü əhatə edən sığorta müqaviləsinə əsasən, baş verə biləcək bütün qəza hallarında “Azərkosmos” ASC sığorta ödənişləri hesabına “Azərspace-1” layihəsini davam etdirmək imkanına sahib olacaq.

Elnarə Əlosmanqızı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Günəş deşilib

    Günəş deşilib ...

    30-05-2013, 19:23

  • 
  • Günəşdə qəribə tac dəliyi yarandı

    Günəşdə qəribə tac dəliyi yarandı ...

    4-12-2015, 13:41

  • 
  • Günəşdə növbəti qasırğa

    Günəşdə növbəti qasırğa ...

    14-10-2015, 22:09

  • 
  • Azərbaycan mütəxəssisləri ABŞ-da

    Azərbaycan mütəxəssisləri ABŞ-da ...

    22-02-2016, 17:31

  • 
  • Dünyanın qaranlığa qərq olacağı ilə bağlı açıqlama

    Dünyanın qaranlığa qərq olacağı ilə bağlı açıqlama ...

    30-10-2014, 10:14


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu