Dünyada ən çox gəlir gətirən sahələrdən biri də qumar biznesidir. Rəsmi məlumatlara görə, hər ay dünya üzrə qumarxanalardan yığılan gəlir 100 milyard dollardan çoxdur. Dünya dövlətlərinin bir çoxunda qumarxana biznesi leqallaşdırılıb. Yəni qanunla müəyyən olunmuş yerlərdə qumarxanalar azad fəaliyyət göstərir. Bu sahədən əldə olunan gəlirin bir hissəsi həmin ölkələrin büdcəsinə daxil edilir. Azərbaycanda isə qumarxanalar əksər hallarda gizli fəaliyyət göstərir. Çünki 1998-ci ildə mərhum prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycanda kazino və qumarxanalar ləğv olundu. Azərbaycanda, xüsusən Bakıda həmin dövrə qədər demək olar ki, addımbaşı rast gəlinən qumarxanaların fəaliyyətinə son qoyuldu. Qeyd edək ki, 90-cı illəri ortalarından başlayaraq Bakıda loto oyunu geniş yayılmışdı və paytaxtın bütün küçələrində lotoxanalara rast gəlmək mümkün idi. Bundan əlavə, iri restoran və hotellərdə əsasən elit təbəqənin müştərisi olduğu kazinolar fəaliyyət göstərirdi. Hazırda mərc oyunları Milli Məclisdə qəbul edilən qanunla leqallaşsa da, bu biznesin digər növləri gizli şəkildə həyata keçirilir.Bakıda “Avroviziya” yarışmasından öncə yüzlərlə kazino və latoxana açılmışdı ki, bunlarında tam yarısına Qara Vəzir kimi tanınan bir şəxs və onun ətrafındakı,əslən Gürcüstandan olan azərbaycanlılar nəzarət edirdi. Mahnı müsabiqəsinə az qalmış Bakıdakı bütün kazinolar polis tərəfindən ləğv edildi. Qara Vəzir isə həbs edildi. İndiyənədək də Bakıda online qumarxana yoxdur.Lakin Sumqayıt haqda bunu demək olmaz. Pat.az əməkdaşları son bir həftə ərzində Sumqayıtda bir neçə kazino aşkarlayıb. Onların dəqiq ünvanlarını və kimlər tərəfindən himayə olunmaları haqda sabah geniş araşdırma yazımız olacaq.Hələlik onu deyə bilərik ki, qanunsuz qumarxana sahiblərindən biri tanınmış güləşçı, Arif adlı dünya çempionudur. “Çelsi”Klub adlanan qumarxananın sahibi isə güc nazirliklərindən birinin zabitidir. Bu zabitlə bağlı artıq həmin nazirliyə rəsmi sorğu ünvanlamışıq. Cavabı gəldikdən sonar dərc edəcəyik. Şəhərdəki “Milan” adlı klubu işlədən Süleyman adlı şəxsin “krişası” isə özünün dediyinə görə Çakır ləqəbli polisdir
Sorğu
Yeni dizaynımız necədir?