Uşağın müalicəsi ilə bağlı Berlində tanınmış həkimlərinin iştirakı ilə konsilium keçirilib
Nabranda iki ayağını itirmiş İmran Cəfərovun müalicəsi üçün artıq Berlində klinika müəyyənləşib.APA-nın xəbərinə görə, prezident İlham Əliyevin tapşırığı ilə bu il iyulun 21-də Nabrandakı istirahət mərkəzlərinin birində hər iki ayağını itirmiş iki yaşlı İmran Cəfərovun müalicə xərcləri dövlət hesabına ödəniləcək.
Məlumata görə, artıq İ. Cəfərovun ailəsinin indiyə qədər çəkdiyi xərclər dövlət tərəfindən onlara ödənilib.
Uşağın müalicəsi ilə bağlı Berlində Almaniyanın tanınmış həkimlərinin iştirakı ilə konsilium keçirilib və müalicənin “Sharite” klinikasında təşkilinə qərar verilib. Bu gün Almaniyadan gələcək xüsusi ambulans təyyarə və həkim heyəti İmran Cəfərovu Berlinə aparacaq.
Almaniyalı həkimlərin ilkin rəyinə görə, müalicənin birinci mərhələsi 28 gün davam edəcək, bu müddətdə 2-3 ilkin əməliyyat keçiriləcək.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?