Azərbaycanda elə qiyabi təhsil alan şəxslər varki əyani oxuyanlardan da savadlıdır. Bu səbəbdən qiyabi təhsilin ləğv olunmasının tam əleyhinəyəm. İnteraz-a ekskuliziv müsahibə verən deputat Vahid Əhmədov bu qənaətdədir. Millət vəkili həmçinin hesab edir ki, axşam təhsili də bərpa olunmalıdır. Tələbələrə təhsil kreditinin verilməsi məsələsinə də toxunun Vahid Əhmədov bu qanunun olduqca vacib olduğunu bildirib. Ölkədə təhsil haqlarının yüksək olduğunu deyən millət vəkili “təhsil krediti” qanununun milli məclisin payız sesiyasına çıxarılaraq, qəbul olunmasına çalışacağını qeyd edib. Qeyd edək ki, deputat Vahid Əhmədov Qubada vətəndaşlarla açıq qəbul keçirib. Qəbul zamanı 30-dan artıq vətəndaşın şikayət və müraciəti dinlənilib. Şikayət və müraciətlərin böyük qismi iş yeri, torpaq sahəsinin alınması, güzəştli kreditlərin verilməsi və digər sosial məsələlərlə bağlı olub. Vətəndaşlar tərəfindən qaldırılan məsələrin bir qismi yerində həll edilib, digər qismi isə nəzarətə götürülüb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?