İyunun 19-da Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) Nizami rayonunda yerləşən cərimə meydançasında baş vermiş yanğın nəticəsində 40-a yaxın maşın yanaraq yararsız vəziyyətə düşdü.
Bu yanğın nəticəsində maşın sahiblərinə xeyli zərər dəysə də onun məbləği barədə hələ də heç bir açıqlama verilmir. Hərcənd ki, ilkin məlumatda yanan avtomobillərin bəzilərinin qəzaya uğradığı, digərlərinin isə saz vəziyyətdə olduğu bildirilirdi.
Məsələ ilə bağlı virtualaz.org saytının sorğusunu cavablandıran BŞDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib ki, idarənin rəisi Nuşirəvan Sadıqov hadisəyə münasibətini bildirib və bundan sonra əlavə şərhə ehtiyac yoxdur.
Qeyd edək ki, N.Sadıqov açıqlamasında dayanacaqda olan bir neçə istifadəyə yararsız maşının yandığını deyib: “O maşınların əksəriyyətinin ya sahibi imtina edib, ya da sahibi qəza nəticəsində dünyasını dəyişib. Tamamilə istifadəyə yararsız maşınlardır. Sadəcə şəxsi əmlak hesab olunduğundan onları sahiblərindən icazəsiz metal kimi təkrar emala vermək mümkün deyildi”.
Nuşirəvan Səfərov yanğının cərimə meydançasında baş vermədiyini də vurğulamışdı.
Beləliklə, görünən odur ki, BŞDYPİ yanan maşınların sahiblərinə pul verməkdən yayınmağa çalışır. Ona görə də gah “o maşınlar istismara yararsız idilər” deyir, gah da “sahibləri ölüb”. Maraqlıdır, 40-dək maşının hamısı istismara yararsız, yaxud yiyəsiz idi? Axı yanğından dərhal sonra çəkilib TV-lərdə göstərilmiş videokadrlardan da aşıq-aydın görünürdü ki, o yanğında hətta 30-35 min manatlıq təzə maşınlar da külə dönüb. Bəs onların pulunu kim ödəyəcək? BŞDYPİ məsələdən yayınmaq istəyirsə, heç kəs...
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?