Bundan sonra ailə qurmaq istəyənlər nikah qeydiyyatı üçün internet vasitəsi ilə müraciət edə biləcəklər.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən virtualaz.org saytına bildiriblər ki, Ədliyyə Nazirliyinin “Nikah qeydiyyatı üçün elektron müraciət xidməti” “Elektron hökumət” portalına inteqrasiya edilib. Vətəndaşlar xidmətdən yararlanmaq üçün ilk növbədə portalda ƏN-ə məxsus xidmətlərin təqdim olunduğu bölməyə daxil olmalıdır: Bundan sonra, müvafiq xidməti seçərək nikahın bağlanması üçün elektron müraciət formasında hər iki tərəf müvafiq orqanı, özlərinə aid olan məlumatları (adı, soyadı, ata adı, yaşayış yeri, təhsili, milliyyəti, vətəndaşlığı, iş yeri, vəzifəsi və s.) daxil etməklə onlayn qaydada qeydiyyat imkanından istifadə edə bilərlər.
Qeyd edək ki, interaktiv növlü elektron xidmət istifadəçilər üçün daim açıqdır və müraciət edilməsi hər hansı qaydada məhdudlaşdırıla bilməz.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?