Bir müddət öncə çoxsaylı informasiya portallarından biri olan olaytv.az saytında Füzuli rayon İcra Hakimiyyətində vətəndaşların incidildiyini, onların İcra Başçısı ilə görüşdürülmədiyini, qəbula düşmək üçün süründürməçiliyə yol verildiyini əks etdirən məlumat dərc edilmişdir.
Onu da qeyd edək ki, Füzuli rayonu işğal bölgəsi və qaçqın rayonu olduğunu nəzərə alaraq burada vətəndaşların dərdlərinə şərik olmaq, yaranmış problemlərin yerindəcə və anında həll olunması məqsədilə sakinlər birbaşa İcra başçısı tərəfindən qəbul vaxtlarından kənar, günün istənilən saatında qəbul olunurlar. Buna əməkdaşlarımız da şahid olmuşlar.
Füzuli RİH mətbuat xidmətindən bildirildi ki, Füzuli rayonu ərazisində subsidiya alan fermerin hər birinə ona aid olan vəsait dövlət tərəfindən adlarına verilmiş plastik kartlar vasitəsilə şəffaf və ədalətli şəkildə heç bir müdaxilə olmadan çatdırılır. Həmin portalın dərc etdiyi etdiyi informasiya həqiqətə uyğun olmayan, şər və böhtan xarakterli, şəxsi fikirlərə və əqidəyə söykənən qərəzli məlumatlardır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?