Bu günlərdə Füzuli rayonu Qayıdış 6 saylı qəsəbəsində Füzuli rayon İcra başçısının, idarə və müəssisə rəhbərlərinin və rayon ictimaiyyətinin iştirakı ilə səyyar qəbul keçirilmişdir. Səyyar qəbulda əhalini narahat edən problemlər dinlənilmiş və yerindəcə həll edilmişdir. Havaların isti keçməsini nəzərə alaraq içməli su və suvarma suyunun verilməsinin təminatının daha da yaxşılaşdırılması üçün tapşırıqlar verilmişdir. Onu da qeyd edək ki, son günlər bəzi KİV-lərdə Fezuli rayonu haqqında heç bir fakta söykənməyən, əsassız, qərəzli və böhtan xarakterli yazılar dərc olunmuşdur. Jurnalist əxlaqına sığmayan tamailə yalan və böhtan xarakterli yazıların rayona heç bir aidiyyatı yoxdur. Bu tipli yazıların yerində araşdırılmasını müəlliflərin öhdəsinə buraxıraraq rayon ivra hakimiyyəti mətbuat xidmətinin məılumatını olduğu kimi diqqətinizə çatdırırıq: “Bildirirk ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycanın hər yerində olduğu kimi Füzuli rayonunda da genişmiqyaslı abadlıq və quruculuq işləri aparılır. Azərbaycanın hər bir güşəsi kimi Füzuli də surətlə inkişaf edir, yeni sosial obyektlər istifadəyə verilir, infrastruktur layihələri həyata keçirilir, müasir dizaynda yeni parklar, bağlar salınır, magistral yollarda və şəhərin küçə və prospektlərində milli arxitektura ənənələrinə uyğun istinad divarları hörülür, yaşıllıq zolaqları salınır, təbii mənzərələri əks etdirən yol güşələri yaradılır. Görülən işlərin hamısını kiçik bir yazıda əks etdirmək qeyri mümkündür. Amma sağlam düşüncəli insan üçün bu yazı da kifayət edir ki, bütün bu işlərin insanların rifahı üçün görüldüyünü anlasın. Bununla belə bir daha nəzərə çatdırırıq ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində vətənimiz surətlə inkişaf edir. Bu inkişaf cəbhə bölgəsində yerləşən Füzulidə də ardıcıllıqla aparılır. Hər bir Füzuli sakini bu işlərlə fəxr edərək qurur hissi keçirir. Yazı müəllifləri və onların arxasında dayananlar isə bu məlum həqiqətə kölgə salmağa, ictimai rəydə çaşqınlıq yaratmağa çalışsalarda buna nail ola bilməyəcəklər.”
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?