Süfrəyə müsəlman ölkələrinin Berlindəki səfirləri, qeyri-hökümət təşkilatları və media nümayəndələrinin dəvət olunublar
Almaniya xarici işlər naziri müsəlmanlara iftar süfrəsi verib. Türkiyə mətbuatının yazdığına görə, müsəlman ölkələrinin Berlindəki səfirləri, qeyri-hökümət təşkilatları və media nümayəndələrinin dəvət olunduqları bu iftar yeməyinə Birləşmiş Ərəb Əmirlikləri xarici işlər naziri Abdullah Bin Zayid el-Nahyan da gəlib.
Almaniyanın xarici işlər naziri Quido Vestervelle çıxışında bildirib ki, İslam dünyası ilə dialoqda olmaq Almaniyanın önəm verdiyi mövzulardan biridir. O həm də Misir və Suriya kimi İslam ölkələrinin bu mübarək ayı əmin-amanlıq içində keçirməməsinin üzücü olduğunu bildirib.
İftar vaxtı zəng səsi ilə bildirilib.
Yeməkdən sonra Türkiyədən olan dini işlər üzrə səlahiyyətli şəxs iftar vaxtının gəldiyini azanla bildirilmədiyini irad tutub. Buna cavab olaraq Guido Vestervelle “İlk dəfə iftar yeməyi verdiyimizə görə bəzi xətalarımız ola bilər. İnşallah, gələn il düzəldərik bunları. Ancaq azanı mənim oxumağımı gözləməyin.Buna görə problemlərim ola bilər”, – deyə məzəli cavab verib.
O həm də, bundan sonra hər il mütəmadi olaraq iftar ziyafəti verməyi planlaşdırdığını da qeyd etdi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?