Bu ilin may ayının 16-da vəzifəsindən azad olunan Bakı Humanitar və İqtisadiyyat Kollecinin direktoru yenidən postuna qaytarılıb.
Bu barədə daxil olan məlumatda bildirilir ki, yeni nazir MikayılCabbarovun əmri ilə kollecin direktoru, eyni zamanda, YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyevlə digər bir neçə nəfər vəzifəlişəxsin işdə yol verdikləri nöqsanlarla bağlı vəzifələri bir pillə aşağısalınıb. Lakin Bilman Vəliyev bununla barışmayıb. O, hətta «mən beləvəziyyətdə işləyə bilmərəm», - deyərək, yeni nazirə üsyan da edib.
Bu günlərdə YAP Abşeron rayon təşkilatının sədrinin üzərinə«günəş» doğub. Belə ki, vəziyyətə müdaxilə edən YAP sədrininmüavini Əli Əhmədov yeni nazirin əmrini geri oxutdurub: «Əli Əhmədovrayon təşkilatının sədrinin müdafiəsinə qalxaraq, Mikayıl Cabbarovugeri çəkilməyə məcbur etdi. Artıq Vəliyev direktor kimi vəzifəsininbaşındadır».
Fakt kollecdən təsdiqlənib. Bildirilib ki, Vəliyev yenidən direktor postuna geri qaytarılıb. Amma bu məsələdə Əli Əhmədovun rolundanxəbərsiz olduğu da deyilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?