Mişarçı konstruktora kəsici alətlə çoxsaylı zərbələr endirib
Bakı şəhərinin Binəqədi rayonu ərazisində qətl hadisəsi törədilib. Rayon Prokurorluğundan verilən məlumata görə, saat 16:30 radələrində Binəqədi qəsəbəsində “İdeal Concept” MMC-yə məxsus mebel sexində, həmin şirkətin əməkdaşı, mişarçı Kərimov Cəlal Cəbrayıl oğlu iş yoldaşı, konstruktor Qəmbərov Rüfət Ədalət oğlunu amansızlıqla öldürüb. C.Kərimov iş yoldaşına kəsici alətlə çoxsaylı zərbələr endirib. Döş qəfəsi nahiyəsindən ağır xəsarətlər almış R.Qəmbərov hadisə yerindəcə keçinib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb, qətlin səbəbləri araşdırılır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?