GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İşçilərinə mənzil verən nazirliklərin - SİYAHISI

İşçilərinə mənzil verən nazirliklərin - SİYAHISI

Tarix: 14-12-2012, 13:37 Bölmə :Ölkə Baxış: 2 147
İşçilərinə mənzil verən nazirliklərin - SİYAHISI
ARDNŞ-də mənzil siyahısında 6238 adam növbə gözləyir


Uzun müddət hardasa çalışmağın əvəzində dövlət tərəfindən bu əziyyətin bəhrəsini görmək, pulsuz evlə təmin olunmaq çox keçmişdə qaldı. Artıq mənzil almaq istəyən işçi dövlət qurumundan heç nə ummamalı, öz cibinə güvənməlidir. Axı indi çox az sayda dövlət qurumu var ki, öz işçilərinin mənzil şəraitini yaxşılaşdırmaq istiqamətində hansısa addım atır. Modern.az-ın əməkdaşı dövlət qurumları ilə əlaqə saxlayaraq, onlardan hansının öz əməkdaşlarının mənzil şəraitini yaxşılaşdırmaq üçün çalışdığını araşdırıb.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat katibi Abbas Əliyev bildirib ki, bu dövlət qurumu öz işçiləri üçün yaşayış binası tikmir və perspektivdə də bununla bağlı hər hansı plan yoxdur.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşviq Əmirov isə əksinə, bildirib ki, bu dövlət orqanı özünün evsiz işçilərinə mənzil verib:
“Nazirlik Sulutəpədə bina tikərək, öz işçilərinə paylayıb. Artıq 200 nəfər işçimiz mənzillə təmin olunub. Amma bundan yeni mənzillərin tikilməsi nəzərdə tutulmayıb”.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Qabil Mehdiyev bildirib ki, nazirliyin belə bir təcrübəsi olmayıb: “Yaxın illərdə ev tikilməsi də nəzərdə tutulmur. Ümumiyyətlə nazirliyin belə bir təcrübəsi yoxdur. Odur ki, nazirlik tərəfindən heç bir işçiyə ev verilməyib”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini İlham Məmmədov da onlarda belə bir tikintinin getmədiyini deyib: “Yaxın illərdə belə bir tikinti nəzərdə tutulmur. Nazirlikdə çalışan işçilərə ev verilməyib”.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) isə mənzil növbəsi hələ də öz qüvvəsindədir. Şirkətin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyevin sözlərinə görə, yeni Mənzil Məcəlləsi qəbul olunana qədər şirkətin hesabına mənzil tikilişi mövcud idi. Yeni qəbul olunan Mənzil Məcəlləsində belə bir məsələ olmadığından əməkdaşların yaşayış sahəsi ilə təmin edilməsi üçün “Neftçi” Mənzil Tikinti Kooperativi (MTK) təsis edilib. Bu ilin sentyabr ayında iki bina istifadəyə verilib. Kooperativ hazırda daha iki binanın tikintisini aparır.
2012-ci ilin əvvəlinə ARDNŞ üzrə 6238 işçi mənzil növbəsindədir. Onların 5743 nəfəri Bakı şəhəri üzrə, 495 nəfəri isə müxtəlif şəhər və rayonlar üzrə uçota götürülüb. Gələcəkdə ARDNŞ üzrə mənzil uçotunda olmayan və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan işçilərin də “Neftçi” MTK tərəfindən mənzillə təmin edilmələri nəzərdə tutulur.

“Azərbaycan Dəmir Yolları” QSC-in mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib ki, Azərbaycanda dəmiryolçuların yaşayış-məişət tələbatının təmin edilməsi üçün mənzil növbəsində duranlara yeni tikililərdə 150 yeni mənzil veriləcək. Müsahibimiz onu da bildirib ki, indiyədək bu məqsədlə QSC və onun Həmkarlar İttifaqı tərəfindən ümumi sahəsi 1400 kv. metr olan 60 mənzil alınaraq dəmiryolçulara verilib.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib ki, sovet dönəmində işçilərə pulsuz ev verilsə də, bu iş 1993-cü ildən dayandırılıb: “İndi nazirlik tərəfindən hər hansı yaşayış binası tikilmir. Heç bir işçiyə mənzil vermək mümkün deyil”.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Zöhrə Əliyeva isə deyir ki, belə bir məsələ gündəmdə yoxdur. Amma nazirliyin maliyyə saxlancı olduğu təqdirdə nazirlik əməkdaşlarının mənzillə təmin edilməsi niyə də olmasın? Nazirlik rəsmisinin dediyinə görə, hələ ki, belə bir məsələ müzakirə edilməyib.

Maliyyə Nazirliyi də dövlət büdcəsində mərkəzi icra hakimiyyəti orqanının işçilərinə yaşayış binalarının tikintisi və ya fərdi mənzillərin alınması üçün vəsait nəzərdə tutmayıb. Ona görə də Maliyyə Nazirliyi işçiləri üçün yaşayış binası tikmir və hal-hazırda ümumiyyətlə bu məsələ müzakirə mövzusu deyil.

Digər nazirliklərdən də ümidverici xəbər verilmədi...

Gültəkin Ələsgər
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Lənkəran Əliyevə mənzil verdilər

    Lənkəran Əliyevə mənzil verdilər ...

    5-08-2013, 13:09

  • 
  • Mənzil alacaq alimlərin siyahısı müəyyənləşib

    Mənzil alacaq alimlərin siyahısı müəyyənləşib ...

    22-11-2013, 12:25

  • 
  • Bəxtiyar Sadıqovdan mənzil - Açıqlaması

    Bəxtiyar Sadıqovdan mənzil - Açıqlaması ...

    23-07-2013, 15:33

  • 
  • Mənzil alan jurnalistlərə açarlar təqdim edildi

    Mənzil alan jurnalistlərə açarlar təqdim edildi ...

    24-12-2013, 17:07

  • 
  • Mənzil fahişəxanaymış - Bakıda

    Mənzil fahişəxanaymış - Bakıda ...

    16-08-2014, 12:59


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu