Naxçıvandakı supermarketlərdə məşhur “Coca-cola”ya bənzəyən içkilərin satışına başlanılıb. Naxçıvan Muxtar Respublikasında istehsal edilən alkoqolsuz içki “Naxçivan Cola” adlanır. 1 litrlik qablarda olan “Naxçivan Cola” 50 qəpiyə satılır. Beləliklə, Vasif Talıbov Qərbin təsirinə qarşı özünəməxsus şəkildə mübarizə aparır. Amma, bu, tarixdə ilk deyil. 1979-cu ildə İranda İslam inqilabından sonra ABŞ-la, o cümlədən, bu ölkənin şirkətləri ilə bütün əlaqələr kəsilmişdi. O vaxt kimyaçılar İranda məşhur olan “Coca-cola”nı əvəz edən və dadı fərqlənməyən yerli içki də yaratmışdılar.
Sorğu
Yeni dizaynımız necədir?