Onun pedofil olduğu deyilir Rusiyada yaşayan Azərbaycan əsilli yazıçı, blogger və kinossenarist Eduard Bağırovun məşhur pedofil “ovçu”su Maksim Martsinkeviçlə (Tesak) videosu yayılıb. “Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, “Youtube”da yerləşdirilən video Tesakın əvvəllər də pedofilləri tutduğu zaman çəkilən videolarından fərqlənmir.
Belə ki, video çarxda “Pedofilləri tut” hərəkatının fəalları Bağırovun evinə daxil olur və Tesakın təzyiqlərindən sonra Bağırov hər şey yazacağını etiraf edir. Öz növbəsində Eduard Bağırov özünün tvitter hesabında jurnalistlərə müraciət edərək bildirib ki, bu tip suallarla ona müraciət etməsinlər: “Əgər belə bir şeyə görə saxlanılsaydım sakitcə özümü asardım”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?