Şəmkir rayonunda qız ömrünün gənc çağında həyatla vidalaşdı Rayon Prokurorluğundan verilən məlumata görə, Şəmkir sakini olan 17 yaşlı Aysel Əliyeva özünü suda bogub. O, özünü Şəmkir Su Anbarına ataraq öldürüb.
A.Əliyeva iyulun 25-də evdən çörək almaq adı ilə çıxıb və o vaxtdan yoxa çıxıb. Aparılan uzun axtarışlardan sonra A.Əliyevanın meyiti dünən sudan tapılıb.
Gənc qızın özünə qəsd etməsinin səbəbi məlum olmasa da, onun ailəsinin kasıb həyat tərzi keçirdiyi bildirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb. A.Əliyeva subay olub. O, orta məktəbdə 9-cu sinfədək oxuyub.
Onu da əlavə edək ki, son iki ay ərzində Şəmkir rayonunda 12 nəfər özünü öldürüb.
Sorğu
Yeni dizaynımız necədir?