Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Ramazan bayramı münasibəti ilə sosial aksiyaya start verib
Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Ramazan bayramı münasibəti ilə sosial aksiyaya start verib. NİİM-dən verilən məlumata görə, Ramazan bayramının ilk günü–avqustun 8-i saat 06:00-dan saat 24:00-a qədər ictimai nəqliyyat xidmətləri pulsuz olacaq.
Belə ki, müəyyən olunmuş marşrutlardan gün ərzində istifadə edən sərnişinlər gediş haqqı ödəməyəcəklər. NİİM-in bu təşəbbüsünü “Transqeyt” MMC və “Çinar Trans” MMC dəstəkləyərək aksiyaya qoşulublar.
Qeyd edək ki, Ramazan bayramı ilə əlaqədar keçirilən və bir gün davam edəcək aksiya ilk dəfə olaraq Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən həyata keçirilib.
Beləliklə, sərnişinlər 8 avqust tarixində aşağıda nömrələri qeyd olunan avtobus marşrutlarından ödənişsiz istifadə edə biləcəklər: -1-, -6-, -9-, -10-, -14-, -20-, -25-, -32-, -40-, -59-, -69-, -86-, -90-, -95-, -96-, -100-, -101-, -107-, -120-, -125-, -131-, -132-, -141-, -150-, -173-, -175-, -187-, -189-, -195-, -197-, -13-, -88-, -133-, -165-, -170-, -179-, 202
Sərnişinlər yaranan hər hansı məsələ ilə bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin 141 saylı qaynar xəttinə müraciət edə bilərlər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?