Yeni il bayramı günlərində paytaxtda sərnişinlərə xidmət göstərən avtobuslar 2 saat çox işləyəcəklər.
Bu barədə Milli.Az-ın sorğusunu cavablandıran Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı deyib.
Onun sözlərinə görə, Bakıda bütün avtobus marşrutlarının sahiblərinə tapşırılıb ki, xəttə buraxılan avtobuslar gecə saat 1-ə kimi işləsinlər: "Rəsmi bayram günlərində yəni, 2015-ci dekabrın 31-dən 2016-cı il yanvarın 4-dək avtobuslar gecə saat 1-ə kimi fəaliyyət göstərəcəklər. Adi günlərdə isə avtobuslar adətən saat 11-ə kimi işləyirlər".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?