Cəmil Quliyevin İctimai telekanala rəhbər vəzifəsinə keçməsindən az sonra televiziyada bir-birinin ardınca kadrların işdən azad olunmasının şahidi oluruq. Amma görünür ki, bu proses hələ uzun müddət davam edəcək. Belə ki, AzVision.az-a etibarlı mənbədən verilən məlumata görə, bir neçə gün bundan öncə İTV-nin rəhbəri Cəmil Quliyev iclas keçirib və bildirib ki, keçmiş sədr İsmayıl Ömərovun kadrlarından heç kim işdə saxlanılmayacaq.
Bunun əyani sübutu kimi İctimai Televiziya və Radio Yayımları Şirkətinin Gənclər, Elm və Təhsil Departamentinin direktor müavini Ruhəngiz Mehmanqızı bir neçə gün öncə işdən qovuldu. Dünən səhər saatlarında həmin departamentdə işləyən və direktor Cəsarət Valehoğlunun yaxın köməkçisi işdən çıxarılıb. Bu gün isə direktor C.Valehoğlu özü işdən çıxarıldı.
Sorğu
Yeni dizaynımız necədir?