İctimai Televiziya və Radio Yayımları Şirkətinin Həmkarlar İttifaqının sədri Azad Məmmədov bir neçə dəqiqə bundan əvvəl işindən azad edilib.
Bu barədə İTV-dən məlumat verilib. Məlumatda bildirilib ki, A.Məmmədov Cəmil Quliyevin kanalın bir-birinin ardınca köhnə kadrlarını işdən çıxartmasına etiraz edib. Elə bu səbəbdən də rəhbərlik Azad Məmmədovu işdən çıxarıb.
Qeyd edək ki, Cəmil Quliyev İctimai telekanala rəhbər vəzifəsinə keçdikdən sonra telekanalın bir çox işçilərin işdən qovub. Bu gün səhər saatlarında da televiziyanın Gənclər, Elm və Təhsil Departamentinin direktoru Cəsarət Valehoğlu işdən çıxarılıb.
Sorğu
Yeni dizaynımız necədir?