Bakıda ali məktəblərə qəbul imtahanında uğursuz nəticə göstərən 17 yaşlı oğlan özünü binadan ataraq intihar edib.
Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Yeni Yasamal 2, ev 20, mənzil 239-da yaşayan 1996-cı il təvəllüdlü Rasim Asim oğlu İsazadə ötən gün saat 00.55 radələrində özünü 7-ci mərtəbədən atıb.
Polisdən, həmçinin bildiriblər ki, R. İsazadənin intihar etməsinə səbəb qəbul imtahanında uğursuz nəticə göstərməsi olub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?