“Vahid Millət” Dövlətçiliyə Dəstək İctimai Birliyinin sədri Hürrü Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir: “Əziz bacı və qardaşlar! Hörmətli müsəlmanlar! Uca və əzəmətli ALLAHın ziyafət, bərəkət, mərhəmət, məğfirət-bağışlanmaq ayı olan Ramazan bayramınız mübarək olsun. Bu Mübarək ayda ALLAH hökmlərini yerinə yetirən bütün insanlar ikiqat sınaq qarşısında oldular. İlahi və təbii imtahandan layiqincə çıxan, günahlarını yandıran, duaları qəbul olunan hər kəsi təbrik edirəm. Sizlərin İnsanlıq, Ümmət, Millət, Dövlət, Bayraq, Vətən və Torpaq adına etdiyiniz bütün dualarınızın qəbul olunması üçün Böyük ALLAHdan arzu edirəm. ALLAH oruclarınızı, namazlarınızı, dualarınızı qəbul etsin!”
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?