Dəyərli dostlar! Sizi 22 iyul- Milli Mətbuat günü münasibəti ilə təbrik edirəm. Sözün ucuzlaşdığı, ictimai rəyə etimadın azaldığı indiki zamanda cəmiyyətimizin bir sıra problemlərinin ictimailəşməsində və həllində sizlərin böyük fədakarlığı və rolu var. Mətbuat cəmiyyətin aynasıdır. Eyiblərimizin, problemlərimizin, qüsurlarımızın olduğu kimi cəmiyyətə təqdim olunub aradan qaldırılması, həll olunmasında medianın rolu danılmazdır. Eyni zamanda söz azadlığının, insan haqlarının qorunması,ədalətsizliyə, saxtakarlığa, korrupsiyaya qarşı mübarizə aparılmasında da sizlərin geniş iştirakınız, rolunuz var. Azərbaycanda demokratiyaya keçidin bərpa olunmasına böyük zərurətin olduğu indiki anda azad medianın mövcudluğuna və inkişafına çox ehtiyac var. Cəmiyyəti mətbuatsız təsəvvür etmək mümkün deyil. Azərbaycanda sözə, qələmə, ictimai rəyə, insana və insan haqlarına hörmət qoyulmasında sizlərə böyük ehtiyac var. Yaxşı ki cəmiyyətimizdə sizin kimi dəyərli insanlar, fədakar jurnalistlər var. Bir daha sizi təbrik edir və fəaliyyətinizdə ugurlar arzulayıram!
«Vahid Millət» Dövlətçiliyə Dəstək İctimai Birliyinin sədri Hürrü Əliyev
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?