Bu gün Bakının sələfi təriqətinin üzvləri müqəddəs Ramazan ayının başa çatması münasibəti ilə Bayram namazı qılıblar.
Minlərlə islamçı Müşfiq qəsəbəsinə gedərək oradakı məscidlərdən birində bayram ayinini icra ediblər. Onların sözlərinə görə, Müşfiq qəsəbəsindəki məscid, “İlahiyyat”da namaz qılmağa icazə verilmədiyinə görə seçilib. Məlumata görə, “İlahiyyat”dan Müşfiq qəsəbəsinə doğru gedərkən onlar yolboyu “Allahu Əkbər” qışqırıblar. Məlumatda o da bildirilir ki, onlar sabah “İlahiyyat” da və Qaraçuxur məscidində yenidən Bayram namazı qılacaqlar.
Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsi Azərbaycanda müqəddəs Ramazan ayının başa çatması münasibətilə bayram namazının avqustun 9-u səhər saat 09.00-da qılınacağını bildirib.
Sorğu
Yeni dizaynımız necədir?