Ötən gecə saat 23 radələrində Azərbaycan tərəfinə əsir düşən erməni əsgərlərini azərbaycanlı çobanlar yaxalayıb. ANS TV-nin bölgə müxbirinin verdiyi məlumata görə, ehtimal olunur ki, Ermənistan Ordusunun Akop Ciqulyan adlı əsgəri azaraq təmas xəttini keçib. Erməni əsgəri Ağdamın Çəmənli kəndi ərazisində təmas xəttinin yaxınlığında yerləşən fermalardan birinə gəlib. Onun erməni olduğunu anlayan çobanlar dərhal əsgəri yaxalayıb.
Əsgərin üzərində sənəd aşkar olunmayıb. Çobanların sözlərinə görə, erməni əsagəri əslən Əsgəran rayonundan olub. O, 2 ildir xidmət etdiyini deyib. Onun əl-qolunun bağlayan çobanlar dərhal polis və hərbçilərə məlumat verib.
Hadisə yerinə gələn hərbçilər erməni əsgərini təhvil götürüb. Sakinlərin sözlərinə görə, əsgərin üst geyimi acınacaqlı vəziyyətdə olub. Erməni əsgər çobanlardan yemək və su istəyib. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri ərazini nəzarətə götürüb və erməni əsgərinin təmas xəttini necə keçdiyi araşdırılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?