Binə ticarət mərkəzindən Dağıstana geyim əşyaları daşıyan vətəndaşlar bildirirlər ki, Yalama Keçid Məntəqəsində özbaşınalıq və hegemonluq baş alıb gedir. Bizimxeber.az-a daxil olan məlumata əsasən Yalama Keçid Məntəqəsinin rəisi Allahverdi müəllim vətəndaşları pul vermədikdə Xaçmaz Yalama Dəmir yol polisinə apartdırır. Mənbənin sözlərinə əsasən apardıqları geyim əşyalarına görə dövlət rüsumundan əlavə olaraq 500-1000 rus rublu ödəmədikləri halda malları əllərindən alınaraq saxlama məntəqəsinə, vətəndaş isə Yalama Dəmir Yol polisinə göndərilir. Hətta bu azmış kimi vətəndaşın üzünə dörd nəfər öz işçilərin şahid kimi durdurur, guya gömrük işçilərini təhqir etdiklərini sübut edirlər. Bizə müraciət edən Arzu adlı vətəndaş dəfələrlə belə haqsızlıqların şahidi olub. Hal-hazırda bu məlumat yazılarkən adı çəkilən Arzu Yalama Dəmir Yolu Polisindən zəng edərək məlumatı bizə verdi. Arzu Abdullayev haqlarının tapdandığı üçün aidiyyatı qurumlara səslənərək hüquqlarının bərpasını istəyir. Qeyd edək ölkə başçısı İlham Əliyev dəfələrlə çıxışlarında qeyd edib ki, böyük və kiçik sahibkarları incitmək olmaz. Ancaq deyəsən Yalama Keçid Məntəqəsinin şefi Allahverdi müəllimə prezidentin göstərişləri aid deyilmiş. Mövzu diqqətimizdədir. Qarşı tərəfin mövqeyin dinləməyə və dərc etməyə hazırıq.
Sorğu
Yeni dizaynımız necədir?