Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov dövlət başçısının Bakıya 13 avqust səfərinin detallarını açıqlayıb.
Səfər zamanı bütün ikitərəfli məsələlərin, beynəlxalq və regional baxımdan əhəmiyyət kəsb edən məsələlərin, o cümlədən Xəzər dənizinin hüquqi statusunun, Dağlıq Qarbağ münaqişəsinin müzakirə olunacağını deyən Uşakov Rusiya nümayəndə heyətinin tərkibinə xarici işlər naziri Sergey Lavrovun, müdafiə naziri Sergey Şoyqunun, energetika naziri Aleksandr Novakın, fövqəladə hallar naziri Vladimir Puçakın, nəqliyyat naziri Maksim Sokolovun, iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin, Rusiya Müdafiə İxracı qurumunun rəhbəri Anatoli İsaykinin, Xəzər dənizi ilə bağlı çoxtərəfli danışıqlar üzrə nümayəndə heyətinin rəhbəri İqor Bratçikovun, “Rosnefti”in rəhbəri İqor Seçinin və “Lukoyl”un prezidenti Vaqif Ələkbərovun daxil olduğunu da açıqlayıb.
Xatırladaq ki, Vahid Ələkbərov Rusiyanın ən iri özəl neft şirkəti olan “LUKoil”un prezidenti və məşhur “Milyarderlər İttifaqı”nın üzvüdür.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?