GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Vətəndə baha, qürbətdə ucuz

Vətəndə baha, qürbətdə ucuz

Tarix: 13-08-2013, 00:54 Bölmə :Ölkə Baxış: 895
Vətəndə baha, qürbətdə ucuz


Qara dəniz sahilində olan bu kiçik şəhərin, Kobuletinin bəlkə də ən önəmli və yadda qalan xüsusiyyəti budur. Burdakı qiymətlər Azərbaycanın paytaxtındakı, hətta regionlarındakı qiymətlərdən çox aşağıdır.
Kobuleti Gürcüstanın Acarıstan muxtar vilayətinin əsas şəhərlərindən biridir. Şəhər 16-cı əsrdən etibarən Osmanlı imperiyasının sərhədlərinə daxilində olub, lakin 1877-1878 türk-rus müharibəsindən sonra Çar Rusiyasının tərkibinə keçib.
Şəhərin özünəməxsus turistik ab-havası, rəngarəng insanları, gözəl təbiəti var. Bir tərəfdə uzandıqca uzanan çimərliklər, digər tərəfdə istirahət üçün tikilmiş evlər, bağlar, otellər yerləşir. Burada müxtəlif ölkələrdən, şəhərlərdən; əsasən də Türkiyə, İran, Azərbaycan və Ermənistandan gəlmiş insanları görmək mümkündür. Hətta şəhər bəzi istirahət yerlərindən nə qədər uzaqda yerləşsə də, uzaqdan gələnlərin sayı az deyil.
Burada istirahət edənlər arasında İran vətəndaşları xüsusi diqqət çəkir. Tehranda yaşadığını deyən 32 yaşlı Tovhid Fəthipur buraya ailəsi ilə birgə gəldiyini və çox məmnun olduğunu söyləyir.
“Bu bizim Kobuletiyə birinci səfərimizdir. Əvvəllər Tiflisdə və Batumidə dincəlmişik. Yəqin bilirsiniz ki, İranda bəzi azadlıqlar məhduddur. Ona görə də buranı seçmişik. Düzdür, bəzən dil problemimiz olur, çünki biz nə gürcü, nə də rus dilini bilirik, yerlilərdən isə ingilis dilini bilənlər azdır. Amma birtəhər dərdimizi başa sala bilirik”
Azərbaycanda dincəlməyin onlar üçün daha asan ola biləcəyini deyən Tovhid düşünür ki, bunun üçün bəzi şərtlər dəyişməlidir.
“Düzdür, Azərbaycan bizə daha yaxındır, oraya getmək çox asandır. Amma bir sıra çətinliklər var. Məsələn, qiymətlər çox bahadır. Mən Bakıya bir dəfə iş üçün gəlmişdim, məndən təkcə bir gecəlik adi otel otağı üçün 150 dollar istədilər. Bəlkə də turistik bölgələrdə vəziyyət yaxşıdır, çünki ora getməmişəm, bilmirəm. Amma ümumilikdə sizin ölkədə hər şey çox bahadır” – deyə o təəssüflə qeyd edir
Turistlər arasında azərbaycanlılar da var. Onlar digər turistlərə nisbətən özlərini buraya daha doğma hiss etdiklərini deyirlər. Turan adlı azərbaycanlı gənc deyir ki, Gürcüstan onlara çox tanışdır və ona görə də burada istirahət etmək onun üçün çox rahatdır.
“10 gündür ki, Kobuletidəyəm. Özümü çox rahat və sərbəst hiss edirəm. Əvvəl dostlarla Qəbələyə getmək istədik, sonra isə keçən ilki pis təcrübəmiz yadımıza düşdü. Düzdür bura çox uzaqdır, təxminən bir gün yol gəlmişik, amma əziyyətimizə dəyir.”
Qiymətlər
Kobuletidə qiymətlər hər bit turistin qaldığı evə yemək və əyləncə tərcihinə görə müxtəlif cürdür. Burada çoxlu sayda gürcü ailələri öz evlərini kirayəyə verir. Orta şəraitli bir otağın qiyməti adam başına 10 laridir ( 5 AZN). Bu qiymət evin şəraitinə görə 15, 20 lariyə qalxa bilir. Lakin evin qiymətinə turistin yemək və digər xərcləri daxil deyil. Buradakı restoranlarda 10-20 lariyə yemək sifariş edə bilərsiniz, təbii ki, bu qiymətlər turistin seçiminə bağlıdır.
Əgər oteldə qalmaq istəyirsinizsə ən azı 30 lari ödəməlisiniz.
Çimərliklərdə isə özəlləşdirmə və ya hər hansı ərazini hasara alma demək olar ki, yoxdur. Ürəyiniz istədiyiniz yerdə, istədiyiniz qədər çimə bilərsiniz.
Böyük fərq
Acarıstan Turizm İdarəsinin məlumatına görə, təkcə keçən il regionu 239.742 nəfər ziyarət edib. 2012-ci ildə xarici qonaqların sayı 102.173 nəfər olub. Gürcüstan prezidenti M.Saakaşvili turizmlə bağlı çıxışında 2013-cü il üçün ölkə üzrə 5 milyon turist gözlədiklərini qeyd etmişdi. Ümumilikdə isə bu əraziyə istirahət üçün üz tutanların sayı il keçdikcə daha da artır və bu rəqəmlər Azərbaycana səyahət edən turist sayından qat-qat çoxdur. Müqayisə üçün qeyd edək ki, Azərbaycan Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev 2017-ci il üçün ölkəyə gələn turistlərin sayını 4 milyona qədər artırmağı planlaşdırdıqlarını demişdi.
Maraqlıdır ki, Azərbaycanın da təbiəti Gürcüstandan geri qalmadığı halda, xeyli sayda turistik şəhərləriniz və rayonlarımız olsa da Qafqaza gələn turistlər Gürcüstanı seçir. Bu isə əlbəttə sadaladığımız səbəblərlə bağlıdır. Qiymətlər ucuzdur, istirahət rahatdır, şəhərlər və rayonlar turistlər üçün daha əlverişlidir. Kobuletidə olduğu kimi..
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıdakı parkda istirahət edənlər dəhşətli mənzərə ilə qarşılaşdılar - FOTO

    Bakıdakı parkda istirahət edənlər dəhşətli ...

    14-07-2013, 00:12

  • 
  • İstirahət gününün HAVASI

    İstirahət gününün HAVASI ...

    26-12-2015, 16:01

  • 
  • Bolqarıstan Putinin əvəzinə Ərdoğanı çağırdı

    Bolqarıstan Putinin əvəzinə Ərdoğanı çağırdı ...

    3-03-2016, 13:04

  • 
  • Əbülfəz Qrayevin turizm sektorunda fantastik qiymətlər

    Əbülfəz Qrayevin turizm sektorunda fantastik ...

    11-12-2012, 13:45

  • 
  • İstirahət günü əsl yay havası olacaq

    İstirahət günü əsl yay havası olacaq ...

    29-06-2013, 14:38


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu