Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəyin Dağlıq Qarabağlı bəyanatından narahat olan Ermənistan parlamentinin vitse spikeri Eduard Şarmazanov açıqlama verib.
“Qafqazinfo”nun Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, Cəmil Çiçəyin erməni-türk əlaqələrinin normallaşması şərtlərindən biri kimi Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsini göstərməsi erməni rəsmisinin xoşuna gəlməyib:
“Erməni-türk əlaqələrinin nizama salınmasında Qarabağ münaqişəsinin həllini şərt qoymaq yolverilməzdir. Türkiyənin bu məsələ ilə bağlı edə biləcəyi bir şey yoxdur. Regional təhlükəsizliyin yeganə təhdidi anti-insani dəyərlər təbliğ edən Türkiyənin qəyyumluq etdiyi Azərbaycandır”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?