Burada oturub boş-boş danışmaq, mənasız müzakirələr aparmaq, mübahisələr etmək əvəzinə Dağlıq Qarabağ rəhbərliyini və oradakı deputatları dəvət etməli, cəbhədəki vəziyyəti müzakirə etməliyik.
Milli.az xəbər verir ki, Ermənistan Rifah Partiyasından olan deputat Zaiuri Postancyan ölkə parlamentindəki çıxışında belə deyib.
Daha sonra o, Ermənistan parlamentinin deputatlarını "yetərincə vətənpərvər olmamaq"da suçlayıb.
Parlamentin vitse-spikeri Ermine Nağdalyan müxalifətçi deputatın çıxışından sinirlənib: "Demaqoqluq etməyin! Burada kimsənin vətənpərvərliyi sizdən az deyil. Dediyiniz məsələ əslində Azərbaycanın dəyirmanına su tökməkdir. Məntiqsiz danışmayın, zərərli təkliflərlə çıxış etməyin".
Parlamentin diger vitse-spikeri Eduard Şarmazanov da Z.Postancyanın təklifinə qarşı çıxıb.
"Dağlıq Qarabağdakıların buraya gəlmələrinə və hesabat vermələrinə qarşıyam. Belə istəyirsiniz, özünüz Dağlıq Qarabağa yollanın, orada görüşün, müzakirələr aparın", - E.Şarmazanov söyləyib.
Bu cavablardan çılğına dönən Z.Postancyan səs tonunu artıraraq söyləyib:
"Dağlıq Qarabağda, cəbhə xəttində vəziyyətin dəyişdiyini, ümumiyyətlə, Dağlıq Qarabağla bağlı situasiyadakı dəyişiklikləri görəməmk üçün kor və lal olmaq gərəkdir. Burada susanlar, heç nə etmək istəməyənlərdir Azərbaycanın dəyirmanına su tökənlər!"
Vitse-spiker Ermine Nağdalyan əsəblərini güclə cilovlayaraq cavab verib:
"Hörmətli millət vəkili Postancyanın nəzərinə çatdırmaq istəyirəm ki, cır səslə qışqırmaq onun cazibəsini artırmır. Ermənistan əraziləri boş-boşuna verməyəcək, sülhməramlılar da dərhal Qarabağa yerləşdirilməyəcək. Hörmətli Postancyan düşünürsə ki, əgər səsini qaldırmasa, qışqırmasa, ərazilər Azərbaycana veriləcək - yanılır. Gərəkli məlumatları alacaqsınız. Açıq qapını sındırıb içəri keçməyə çalışmağa lüzum yoxdur".
Sorğu
Yeni dizaynımız necədir?