Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, həftənin ikinci yarısında ölkə ərazisində temperatur rejiminin yüksələcəyi, maksimal temperaturun aran rayonlarında 35-38 dərəcə isti, bəzi yerlərdə 40 dərəcəyədək isti təşkil edəcəyi gözlənilir. Bakı və Abşeron yarımadasında isə 35-38 dərəcə isti olacaq. Gözlənilən anomal isti hava şəraiti ilə əlaqədar gündüz saatlarında günün altında qalmaq məsləhət deyil.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?