Jurnalist boş su qablarını topladı Jurnalist Xədicə İsmayıl Milli Şuranın bu gün keçirilən aksiyasında meydandakı boş su qablarını toplayıb. Jurnalist bu addımı ilə məhkəmənin onun ictimai işlərə cəlb olunması barədə qərarını icra etmiş olub. Xatırladaq ki, Xədicə İsmayıl Bakıda meriya ilə razılaşdırılmamış aksiyada iştirak etdiyinə görə 400 manat cərimələnib. Cərimə ödənmədiyindən Binəqədi Rayon Məhkəməsi iyunun 10-da jurnalistin 220 saatlıq ictimai işə cəlb olunması barədə qərar çıxarıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?