Avqustun 19-da Milli Şuranın növbəti sessiyası keçiriləcək.
Tədbir Müsavat Partiyasının qərargahında baş tutacaq. Saat 15.00-da başlayacaq sessiya mətbuat üçün qapalı olacaq. Jurnalistlər üçün saat 18.00-da brifinq keçiriləcək. Qeyd edək ki, Milli Şuranın bundan əvvəlki son iki sessiyası da qapalı keçirilib. Milli Şuranın bu gün keçirilən mitinqində qurum üzvləri, siyasi partiya liderləri də çıxışlarında bildirdilər ki, sabah keçiriləcək sessiyada önəmli qərarlar qəbul olunacaq. Əsasəndə Milli Şuranın ehtiyat namizəd məsələsində son qərarın veriləcəyi gözlənilir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?