Sabah Milli Şuranın növbəti sessiyasıdır. İclas Açıq Cəmiyyət Partiyasının (ACP) qərargahında keçiriləcək. Sayca 3-cü olan sessiyanın gündəliyinə təşkilatın komissiyalarının yaradılması, yeni üzvlərin qəbulu prosedurunun müəyyənləşdirilməsi, vahid namizədinin seçki qərargahının yaradılması və cari məsələlər daxildir. Sessiyada Milli Şuranın daxili təşkilatı məsələləri müzakirə ediləcəyindən toplantı mətbuat üçün qapalı keçiriləcək.
Sessiyanın yekunları barədə jurnalistlərə iclasdan sonra saat 13.00-da keçiriləcək brifinqdə məlumat veriləcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?