Bakı Metropoliteni gediş haqlarının kartlara yüklənməsi zamanı yaranan problemlərlə bağlı açıqlama verib.
Metropolitendən virtualaz.org saytına verilən məlumatda bildirilir ki, kartların yüklənməsi zamanı yaranan problemlərlə bağlı quruma daxil olan şikayətlər araşdırılıb: “Kart yükləmə avtomatlarının işi barədə daxil olan şikayətlərin təhlili göstərir ki, əksər hallarda şərnişinlər avtomatlardan düzgün istifadə edə bilmirlər. Yəni problemin yaranmasının 60-70 faizi sərnişinlərin payına düşür”.
Qurumdan qeyd edilir ki, hadisələrin mərkəzi server xidmətində araşdırılması zamanı kart yükləyənlərin əksər hallarda əməliyyatı sona çatdırmadan dayandırmaları və nəticədə karta gedişin yüklənmədiyi bəlli olub: “Bu barədə avtomatların vizual və səsli xəbərdarlığına baxmayaraq belə hallara yol verilir”.
Metropoliten sərnişinlərə müraciət edərək avtomatlardan istifadə zamanı əməliyyatın sona çatmasını gözləmələrini istəyib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?