Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bu gün - fevralın 3-də metronun “28 May” stansiyasına gəlib.
Metropolitendən virtualaz.org saytına verilən məlumatda deyilir ki, Tağı Əhmədov və idarə rəisinin müavini, tikilən metropoliten stansiyasının rəisi Arif Rəsulov, hərəkət xidmətinin rəisi Hidayət Məmmədov stansiyada aparılan tikintiyə baxış keçiriblər. Tağı Əhmədov kassa və xəzinədar otaqlarına da baxıb. Bundan sonra müavinlərinə tapşırıqlar verib.
Maraqlıdır ki, T.Əhmədov stansiyada olarkən ərazidə çoxlu sayda sərnişinlər də olub. Sərnişinlər arasında T.Əhmədova yaxınlaşaraq tikinti ilə bağlı fikirlərini bildirənlər olub. Lakin rəislə söhbət edən sərnişinlərin hamısı metroda görülən işləri tərifləyib, rəisə təşəkkür dolu sözlər çatdırılıb.
“28 may” stansiyasında tikintinin ləngiməsi, sürüşmə və digər problemlərdən danışan isə olmayıb.
Qeyd edək ki, təchizatçı şirkətin nümayəndələri bir həftə ərzində tavan işıqlandırmasının yekunlaşdırılacağını və daha sonra təhlükəsizlik zolaqları üzərində çalışmalara başlayacaqlarını deyib. Sonda metropoliten rəisi müşavirə keçirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?