Bu gün axşam saat 18:00 radələrində Şəmkir rayonunda "Range Rover" markalı bəy maşınının 10 yaşlı uşağı vurması ölümlə nəticələnib. ANS PRESS-ə istinadən verdiyi xəbərə görə, Şəmkir-Çinarlı yolu ilə hərəkət edən bəy maşınının qarşısını bir dəstə uşaq el adəti üzrə kəsməyə çalışarkən, sürücü Qarayev Pərviz avtomobili saxlamayıb keçməyə cəhd edib.
Bu zaman 10 yaşlı Rzayev Həsən Vüqar oğlu avtomobilin təkərləri altında qalıb və o, yerindəcə keçinib.
Kəpəz TV bildirir ki, Şəmkir rayon Polis şöbəsi baş vermiş hadisə ilə bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?